Lütfiyar Müslüm oğlu İmanov () — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru. SSRİ xalq artisti (1977).

Həyatı Lütfiyar İmanov 1928-ci il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954–1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956–1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956–1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu" operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində "La Skala" teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir. Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub. Pedoqoji fəaliyyətlə məşğul olub. Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991–1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs demişdir. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb.

Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

İctimai-siyasi fəaliyyəti 1987–1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdur. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-nın Ali Sovetinin deputatı seçilmişdir.

1995-ci il parlament seçkilərində Lütfiyar İmanov Azərbaycan Naminə Alyans Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında ikinci sırada olmuşdur. ANAP proporsional seçkilərdə ümumi səslərin 0,90%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Lütfiyar İmanov isə deputat seçilə bilməmişdir.Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 7 iyul 1967 "SSRİ xalq artisti" fəxri adı — 20 yanvar 1977 "Qırmızı əmək bayrağı" ordeni "İstiqlal" ordeni — 16 aprel 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Repertuarı Herman — "Qaratoxmaq qadın" P. İ. Çaykovski Manriko — "Trubadur" C. Verdi Radames — "Aida" C. Verdi Otello — "Otello" C. Verdi Hersoq "Riqoletto" D. Verdi Xoze — "Karmen" J. Bize Faust — "Faust" Ş. Quno Kavaradossi — "Toska" C. Puççini Koroğlu — "Koroğlu" Ü.hacıbəyov Balaş — "Sevil" F. Əmirov Vaqif _"Vaqif" R. Mustafayev Bahadur — "Bahadur və Sona" S. Ələsgərov Əsgər — "Arşın mal alan" Ü. Hacıbəyov Sayat-Nova — "Sayat-Nova" A. Q. Arutyunyan

Filmoqrafiya Azərbaycan elləri (film, 1976) Əzablı yollar (film, 1982) Görüş (film, 1955) Xalq nəğməkarı (film, 1979) Koroğlu (film, 1960) Lütfiyar İmanov (film, 2002) Maestro (film, 2002) Nəğməkar torpaq (film, 1981) Sevil (film, 1970) Səhər (film, 1960) Səni tərənnüm edirəm, Vətən! (film, 1975) Ulduz (film, 1964)

İstinadlar

Xarici keçidlər "Əzablı yollar" filmindən döyüş mahnısı Lütfiyar İmanov — Dağlar Koroğludan oxuyur Lütfiyar İmanov — "Koroğlu" operasından Koroğlunun ariyası. Musiqi: Üzeyir Hacıbəyov, sözlər: H. İsmayılov və Məmməd Səid Ordubadi Lütfiyar İmanov — "Sevil" operasından Balaşın operası. Musiqi: Fikrət Əmirov, sözlər: Cəfər Cabbarlı Lütfiyar İmanov — "Vaqif" operasından Vaqifin operası. Musiqi: Ramiz Mustafayev, sözlər: Cəfər Cabbarlı

Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycanlı opera müğənniləri Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Teatr Xadimləri İttifaqının sədrləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:Tenorlar