Qandalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Bu oykonim rəsmi ədəbiyyatda Qandalar (bəzi mənbələrdə Qandal Alının adından təhrif olunmuş formada) kimi qeyd olunur. Yerli məlumatlara görə, yaşayış məntəqəsinin təməli çarizm dövründə Qazax mahalında qaçaqlıq etmiş xristian qıpçaq türk soyundan olan Qandal Alı adlı şəxs tərəfindən qoyulmuşdur. O, ədalətsiz çar idarəçiliyinə qarşı mübarizə aparan, sadə xalqın müdafiəçisi kimi tanınan bir şəxs olmuş və bölgədə üsyan ruhunun simvoluna çevrilmişdir.

Digər tarixi mənbələrə əsasən, bu yaşayış məntəqəsinin təməlini qoyub bura köç etmiş Qandal Alı və onun qohumları, xristian qıpçaq türklərinin soyundandır. Qıpçaq türklərinin bir qolu olaraq, əsasən XI–XII əsrlərdə Qafqaza köç etmiş və Qazax–Tovuz ərazisində məskunlaşmışlar. Əvvəllər hərbi xidmət məqsədilə bu əraziyə gəlmiş bu tayfa, zamanla yerli əhali ilə qaynayıb–qarışmış,lakin türk kimliyini və tarixlərini unutmamış qoruyub saxlamışdırlar.

Bu nəslin nümayəndələri yaşadıqları torpaqlarda sülh, əmək və azadlıq ideyalarını təbliğ etmiş, sosial və mənəvi baxımdan cəmiyyətin fəal üzvlərinə çevrilmişlər. Beləliklə, Qandalar adı yalnız coğrafi bir məkanı deyil, həm də mədəni müxtəlifliyi, tarixi yaddaşı və qəhrəmanlıq ruhunu təmsil edən bir simvol olmuşdur.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994852492362009↗525↗276↗249

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Qandalar kənd kitabxana filialı fəaliyyət göstərir.

Təhsil Kənddə Qandalar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Çatax (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri