Hacı Məhəmməd Nəqi () — Azərbaycan memarı. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi hesab olunur."Naxçıvan abidələri ensiklopediyası" , Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 152. ebooks.az

Həyatı Naxçıvanda anadan olmuşNaxçıvan dünya memarlığının canlı yaddaşıdır . serqqapisi.az, 04.08.2015 Hacı Məhəmməd Nəqinin dəqiq doğum tarixi və ölüm tarixi məlum olmasa da XVI əsrin ikinci yarısı – XVII əsrin birinci yarısında Naxçıvanın Оrdubad bölgəsində yaşadığı ehtimal edilir. Atası Məşədi Hüseynəlidir.Amerikalı tədqiqatçı-jurnalist Peter Tase. Əcəmi Naxçıvani: Azərbaycan memarlığı və İslam mədəniyyəti memarı . 14.12.2016, ABŞ-nin "Foreign Policy News" qəzeti

Fəaliyyəti Hacı Məhəmməd Nəqinin adı Ordubad bölgəsinin Dəstə kəndindəki "Meydan" məscidinin giriş qapısının baş tərəfində qoyulan kitabələrin məzmunundakı məlumat ilə elmi dövriyyəyə daxil edilmişdir. Həmin məscidin üzərində qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin inşasını 1610–1611-ci ildə Əbdülxan Cavad oğlu əmr etmişdir. İkinci kitabənin məlumatından isə aydın olur ki, məscid elə həmin vaxt Fəxr ül-Hac Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir. Həmçinin ikinci kitabədə o da qeyd olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın üzərində dövrümüzə qədər qalıqları gəlib çatmış və el arasında "Hacı Nağı körpüsü" adlanan körpü də Hacı Məhəmməd Nəqi tərəfindən inşa etmişdir.

Hacı Məhəmməd Nəqinin məscid və körpü inşa etməsi onun bir memar kimi çoxcəhətli yaradıcılığından xəbər verir və göstərir ki, о zəmanəsinin məşhur sənətkarı olmuşdur.Səfərli H. Y. "Adları epiqrafik abidələrdə aşkar edilmiş şəxsiyyətlər". AMEA Naxçıvan Bölməsinin "Xəbərləri", 2006, № 2.

İstinadlar

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:XVI əsr memarları Kateqoriya:XVII əsr memarları