Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir.

Tarixi Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 7 km cənub–şərqdə, Bakı–Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir.

Həm yayı, həm də qışı mülayim keçir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19998268411641522009↗9320↗4597↗4723

İqtisadiyyatı Kənddə 2 üzüm emalı zavodu var. Bundan başqa 2 böyük meyvə soyuducusu mövcuddur. Ayrıca kənddə Tovuzun su ilə təchizinə xidmət edən su anbarı var.

Kənd əhalisi əsasən əkinçilik və maldarlıq, həmçinin bağçılıq, bostançılıq, ticarət ilə məşğul olur.

Mədəniyyəti Kənddə Aşağı Quşçu kənd kitabxana filialı, Aşağı Quşçu kənd Mədəniyyət Evi, Aşağı Quşçu poçt şöbəsi (AZ6015) fəaliyyət göstərir.

Təhsil Kənddə İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbi, Aşağı Quşçu kənd 1№-li tam orta məktəbi və İmran Bayramov adına Aşağı Quşçu kənd ümumi orta məktəbiAzərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az) fəaliyyət göstərir.

Bundan başqa kənddə Aşağı Quşçu kənd 1 №-li körpələr evi–uşaq bağçası və Aşağı Quşçu kənd 2 №-li körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Aşağı Quşçu həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Aşağı Quşçu kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri