Skafandr və kəpənək () — amerikalı rejissor Culian Şnabel tərəfindən Jan-Dominik Bobinin eyniadlı hekayəsi əsasında çəkilən və ilk nümayişi 23 may 2007-ci ildə baş tutan fransız filmi. Ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı.

Məzmun Film "Elle" jurnalının redaktoru Jan-Dominik Bobinin real həyatından götürülmüşdür. 8 dekabr 1995-ci ildə 42 yaşlı Bobi insult keçirir. Komadan ayılanda heç bir bədən üzvünü hərəkət etdirə bilmdəyinin, həmçinin danışmaq qabiliyyətini itirdiyinin fərqinə varır. Tərpədə bildiyi yeganə organı, sol göz qapağıdır. Bu sayədə asan suallara "hə", "yox" cavablarını verə bilir. Bu, ətraf mühitlə yeganə bağlantısıdır. Ünsiyyət və danışıq terapevti Bobinin daha yaxşı ünsiyyət qura bilməsi üçün, hərfləri fransız dilindəki işlənmə tezliyinə görə sıralayır (E, L, A, O, I, N, S, D və s.) və yüksək səslə oxyur. Düzgün hərflər gələndə Bobi göz qırpmalı idi. Bu üsulu istifadə edərək Bobi filmlə eynı addakı kitabı yazır. Bu yolla kitabın yazılması üçün Bobinin təxminən 200 min dəfə göz qırpdığı təxmin edilir. Bir sözün yazılma vaxtı 2 dəqiqə olub. Kitab 1997-ci ildə işıq üzü görüb və ilk həftədə 150 min nüsxəsi satılıb. Bobi kitabın işıq üzü görməsindən iki gün sonra dünyasını dəyişir.

Filmin adı Bobinin öz bədənində həbs olmasını və azadlıq cəhdlərini simvolizə edir. Bobi yuxularında özünü bədənini simvolizə edən bu geyimin içində görür. Hərəkət edə bilmir və skafandr ilə birlikdə dərinliklərə batır. Bağırır, çırpınır, ancaq heç kim səsini eşitmir, eşidə bilməz. Kəpənək isə azadlığın, bədəni cüzi də olsa tərpənməyən bir insanın içində yaşamağa davam edən insanlığın simvoludur. Kitabı yazmaq üçün göz qırpması, kəpənəyin uçmaq üçün qanadlarını çırpmasına bənzəyir.

Mükafatları Ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı. 2007-ci ildə "Ən yaxşı əcnəbi film" nominasiyasında ABŞ kino tənqidçiləri Milli Şurasının mükafatı. Əcnəbi dildə ən yaxşı film üçün "Qızıl qlobus" mükafatı.

Xarici keçidlər Rəsmi veb-saytı Rəsmi veb-saytı

Kateqoriya:Fransa filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Culian Şnabelin filmləri Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:2008-ci ilin Fransa filmləri Kateqoriya:2007-ci ilin ABŞ filmləri Kateqoriya:2008-ci ilin ABŞ filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Müstəqil Fransa filmləri Kateqoriya:Miramax filmləri Kateqoriya:1990-cı illər haqqında filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Bioqrafik əsərlərin ekranlaşdırılması Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:2007-ci ilin dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Birinci şəxs nöqteyi-nəzərindən çəkilmiş filmlər Kateqoriya:Pathé filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Fransanın bioqrafik filmləri Kateqoriya:The Kennedy/Marshall Company filmləri Kateqoriya:Avtobioqrafik əsərlərin ekranlaşdırılması