Otto Stern (; ) — Alman fiziki. 1943-cü il Nobel Fizika Mükafatı laureatı.

Almaniya İmperiyasının Zorau şəhərində doğulmuşdur (indiki Polşa ərazisində). Təhsilini Breslau Universitetində tamamlamış, fizika və kimya sahəsində doktorluq müdafiə etmişdir. Rostok Universitetində professor olaraq çalışmış, 1923-cü ildə Hamburq Universitetinə keçmişdir.

Nasizm dövründə Karnegi Texnologiya Universitetinə keçmiş və dərhal sonra Kaliforniyanın Berkli Universitetində də işlərinə davam etmişdir.

Ştern təcrübəli fizik idi. Molekulyar dalğa metodunun inkişaf etdirilməsi üçün çalışmışdır. Atom maqnit hərəkət ölçümləri, atom və molekulların təbii hərəkətlərinin izlənməsi, protonun maqnit hərəkətinin kəşfi də onun xidmətləri sırasındadır. Buna görə 1943-cü ildə Nobel Fizika Mükafatına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər Otto Şternin bioqrafiyası Otto Ştern Məktəbi (Frankfurt)

Kateqoriya:Alman fiziklər Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Berkli Kaliforniya Universiteti Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ fizikləri