Nizami — Nizami Gəncəviyə həsr olunmuş, 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi film.

Məzmun Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.

Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.

Festivallar və mükafatlar 1)1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalı Dahi Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə rejissor Eldar Quliyevə Priz verilmişdir.

2)1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalı Film Özbəkistan Yazıçılar İttifaqının Diplomu və Özbəkistan Nazirlər Sovetinin Diplomuna layiq görülmüşdür.

Səhv Filmin əvvəlində Nizami küçə ilə yeriyir və yerə diqqətlə baxdıqda kanalizasiya qapağı görünür.

Film haqqında Filmdə Üzeyir Hacıbəyovun "Sənsiz" romansından istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: İsa Hüseynov, Eldar Quliyev Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Mayis Ağabəyov Bəstəkar: Qara Qarayev Səs operatoru: Kamal Seyidov Rejissor: Akif Rüstəmov Operator: Yuri Varnovski Montaj edən: Tamara Nərimanbəyova Geyim rəssamı: Mark Qorelik, Afət Məmmədova Qrim rəssamı: V. Arapov, İ. İlyina Dekor rəssamı: Əziz Məmmədov Rejissor assistenti: Süleyman Əhmədov, A. Əliyev, T. Atakişiyev, Fərid Hümbətov Məsləhətçi: Ziya Bünyadov (tarix elmləri doktoru, akademik), R. Əliyev (filologiya elmləri doktoru) Operator assistenti: N. Zəkiyev Rəssam assistenti: M. Manuvaxova, Aydın Lazımov Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: Elşad Bağırov Redaktor: N. Qlaqoleva, Ramiz Rövşən Filmin direktoru: Tələt Rəhmanov Mahnıları ifa edir: Müslüm Maqomayev

Rollarda Müslüm Maqomayev — Nizami GəncəviAbdullayeva, S. Aktauda Nizami Gəncəviyə həsr olunmuş tədbir təşkil edilib: [tədbirdə 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi “Nizami” filmi də nümayiş etdirilib] //525-ci qəzet.- 2013.- 20 dekabr.- S. 7. Həmidə Ömərova – Pəri; Afaq Həsənağa Turabov – Müzəffəri Ələddin Abbasov – Xaqani Şirvani Hacımurad Yegizarov (Hacımurad kimi) – Qızıl Arslan Əhməd Salahov – Zeyd Gülnarə Sayalıyeva – Rəna Şahmar Ələkbərov – Osman Hamlet Xanızadə — Əbu-Bəkr Vsevolod Yaqut – Mütəzzil Rəsmi Cəbrayılov – Zərgər Muxtar Maniyev – Qazı E. Əhmədova Fərhad Yusifov – İsgəndər İradə Akimova Sadıq Hüseynov – Ata Eldəniz Rəsulov – Əkiz qardaşlar; Maxan və Bəşir Əliqulu Səmədov – Bəşir Süleyman Əhmədov – xidmətçi Mayak Kərimov Bahadur Əliyev – Sərxoş A. Əliyev T. Məmmədov N. Hüseynov Bəxtiyar Kərimov Y. Məmmədxanov Ədalət Yunusov Ramiz Novruzov – Dərbənd elçisi

Filmi səsləndirənlər Rasim Balayev – Nizami (Müslüm Maqomayev) (titrlərdə yoxdur) Əminə Yusifqızı – Afaq (Həmidə Ömərova) (titrlərdə yoxdur) Pərviz Bağırov – Zeyd (Əhməd Salahov) (titrlərdə yoxdur) Səməndər Rzayev – Qızıl Arslan (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov – Mütəzzil (Vsevolod Yaqut) (titrlərdə yoxdur) Yaşar Nuri – Zərgər (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 287. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 271; 288-292. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Nizami Gəncəvi haqqında filmlər Kateqoriya:1982-ci ilin filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Tarixi filmlər Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:Orta əsrlər haqqında filmlər Kateqoriya:Yazıçılar haqqında bioqrafik filmlər Kateqoriya:Eldənizlər dövrünə aid filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:XII əsr haqqında tarixi filmlər