() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması İlk dəfə Avropada təsvir olunub. Avropanın hər yerində, İranda, Hindistanda, Çində, Kiçik və Orta Asiyada yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 2-3 m-ə çatan, geniş çətirli, iri gövdəli ağacdır. Qabığı bozdur, budaqları gümüşü tüklüdür. Yarpaqaltlıqları хırda, gümüşü tüklü və erkən töküləndir. Yarpaq saplaqlarının uzunluğu 3-10 mm-dir, üst tərəfində vəziləri vardır. Yarpaqlarının uzunluğu 5-12 sm, eni 1-3 sm-dir. Sırğaları nazikdir, uzunluqları 3-5 sm, yarpaqları ilə eyni zamanda açılır. Erkəkcikləri 2-dir, sərbəstdir, alt tərəfi tüklüdür. Tozluqları parlaq-sarı rəngdədir. Erkəkcikli çiçəklərdə çiçək ballıqları qabaq və dalda olmaqla 2-dir, dişicikli çiçəklərdə isə 1, təsadüfü hallarda 2 olur. Yumurtalığı çılpaqdır, yumurtaşəkilli-konusvaridir, saplaqsızdır və ya qısa ayaqcıq üzərindədir. Aprel ayında çiçək açır.

Ekologiyası Torpağa az tələbkar, tez böyüyən, şorakətli torpaqlara dözümlü bitkidir.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Naхçıvan, Lənkaran, Kür-Araz ovalığı və Alazan-Əyriçay vadisində orta dağ qurşağına qədər olan sahələrdə əkilir.

İstifadəsi Abşeronda özəl həyətyanı sahələrdə yaşıllaşdırmada istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları