Məzmun Kinopovest Xəzər dənizində salınmış Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Polad dirəklər üzərində qurulmuş dəniz estakadası yüz kilometrlərlə dənizin içərilərinə doğru uzanır, burada igid adamların əlləri ilə neft buruqları və neftçilər şəhəri salınmışdır. Filmdə ömrünün yarısını bu adada keçirən adamlar, buraya işləməyə gələn gənclər, onların qarşılıqlı münasibətləri haqqında söhbət gedir, xarakterləri açılıb göstərilir.
Film haqqında Film aktyor Hamlet Xanızadənin kinoda ilk işidir.
Dənizdə olan çəkilişlərdə süni çəkiliş metodlarından istifadə edilib.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Mahnıların mətni: Nəbi Xəzri, A.Plavnik Səs operatoru: İlya Ozerski Rejissor: Məmməd Əlili Rejissor assistenti: Ramiz Əliyev, Elmira Əliyeva Montaj üzrə assitent: Tamara Nərimanbəyova Operator assistenti: V.Həsənov, Fikrət Əsgərov, Həmzə Əhmədoğlu, Valeri Kərimov Rəssam assistenti: T.Məlikzadə, Abdullazadə Qrim rəssamı: S.Pozdeyeva, G.Koçarov Redaktor: Nataliya Şneyer Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Çalır: Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Tofiq Quliyev Filmin direktoru: Nazim Ələkbərov Mahnı ifa edən: Anatollu Qəniyev ("Lirik mahnı") (titrlərdə yoxdur)
Rollarda Həsən Məmmədov — Nazim Oleq Xabalov — Kamran Zoya Nedbay — Məryəm Fazil Salayev — Fazil Leonid Piroqov — Polyakov Tamilla Qafarova — Samiyə İ.Müxtəliyev — Cabbar Aleksandr Stepanov — Kapitonov Yusif Yulduz — Qulam dayı Yaroslava Turılyova — Nataşa İsmayıl Əfəndiyev - neftçi alim Ambartsumov - Artur Roza Tağıyeva - Teleqrafçı qız Hamlet Xanızadə — Sadıq Hüseynov Məmmədov Vəliyev Çirkov - neftçi Dadaşov Ş. Bağırova - İşçi qız
Filmi səsləndirənlər Əli Zeynalov — Nazim (Həsən Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Məryəm (Zoya Nedbay) (titrlərdə yoxdur) Həsənağa Turabov — Kamran (Oleq Xabalov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Polyakov (Leonid Piroqov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cabbar (İ.Muxtəliyev) (titrlərdə yoxdur) Bahadur Əliyev — Artur (Ambartsumov) (titrlərdə yoxdur) Kamil Qubuşov - Kapitonov (Aleksandr Stepanov)(titrlərdə yoxdur) Əfrasiyab Məmmədov - neftçi alim (İsmayıl Əfəndiyev)(titrlərdə yoxdur) Hamlet Xanızadə - neftçi (Çirkov);işçi (titrlərdə yoxdur)
Mənbə Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Əhədoğlu, Y. “Belə bir ada da var” //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun. Məmmədov, R. “Neft daşları və ekran” [Azərbaycan kinematoqrarafiyası haqqında] //Azərbaycan.- 1965.- № 2.- səh. 211-216. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 139; 141-142; 182. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Kateqoriya:1963-cü ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Neft Daşları haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1963-cü ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Həsən Seyidbəylinin filmləri