() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır.

Botaniki xarakteristikası Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə, 2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır.

Ekologiyası Quraqlığa və şaxtayadavamlıdır. İşıq və istisevəndir. Dağların quru yamaclarında, işıqlı meşələrdə rast gəlinir.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində 1978-ci ildən introduksiya olunmuşdur.bakı şəhərində mədəni şəraitdə becərilir.

İstifadəsi Bitkinin üyüdülmüş və qovrulmuş meyvələrindən hazırlanan içki menengiç qəhvəsi (), kürd qəhvəsi () adları altında tanınır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları