() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir.

Botaniki xarakteristikası Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir. Çiçək tacı yaşılımtıl-ağdır. Meyvəsi — şarşəkilli, diametri 8–10 mm, iki-üç yaşılımtıl-sarı, yumru-üçkünc çəyirdəkli, ximircəkli, ikili "dimdikli" çəyirdəkdir. Yetişmiş halda meyvələri göy-qaradır.

Ekologiyası İstisevəndir, soyuğa və rütubətə davamlıdır.

Azərbaycanda yayılması Azərbaycanın bəzi bölgələrində rast gəlinir.

İstifadəsi Meyvələri zəhərlidir, xalq arasında "canavar giləmeyvəsi" adlandırılır, ancaq quşlar tərəfindən yeyilir. Qabıq, tumurcuq, yarpaq və meyvələrində qlikozidlər, qatranlar, aşılayıcı maddələr, efir yağları vardır. Qabığı və meyvələri işlətmə və qusma xüsusiyyətlərinə malikdir və xalq təbabətində istifadə edilir. Oduncağından kömür alınır. Qabığında boyayıcı maddələr vardır. Dekorativ kol kimi yaşıllaşdırmada istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Rusiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qazaxıstan florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları