() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Şərqi və Cənubi-Şərqi Asiyanın tropik və subtropiklərində bitir.

Botaniki təsviri Hündürlüyü 250-300 sm, şaxələnmiş budaqlı həmişəyaşıl kol və ya kiçik ağacdır. Cavan zoğları tükcüklü, qonur-yaşıl və ya qonurdur. Yarpaqları dərili, parlaq, növbəli, qısa saplaqlı, dişli, tünd yaşıl, mərkəzi damarcıqda tükcülüdür. Çiçəkləri iri, oturaq, zoğların uclarında və ya qoltuqda yerləşir. Kasacığı tökülən, beş, açıq yaşıl, qısa tükcüklü kasayarpaqlardan ibarət, çiçək tacı beş, bəzən altı ləçəkli, ləçəkləri yumru-uzunsov, kənarları bütöv və ya zəif oyuqlu, ağdır. Erkəkcikləri çoxsaylıdır. Toxumları müxtəlif formalı, iti künclü, tünd qonur və ya təxminən qaradır. Sentyabr-dekabrda çiçəkləyir, meyvələri gələn ilin oktyabr-noyabrında yetişir.

Ekologiyası Dağ yamaclarında, göllərin sahillərində, kolluqlarda bitir.

Azərbaycanda yayılması Park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Bir çox ölkələrdə toxumlarından texniki və qida yağının alınması məqsədi ilə və dekorativ bitki kimi becərilir. Yarpaqlarda 1% efir yağı toplanır, əsas komponenti evqenoldur (95%-dək). Ədviyyat kimi istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası