() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Dərman qulançarı Qafqaz xalqları arasında geniş istifadə olunur. Bitkiyə gürcü dilində "kamamuri", rus dilində "sparja", qırğız dilində -"kumı-sakkızı" deyirlər. Bitki ilk vegetasiyaya başlayan vaxtdan 10-15 gün sonra zoğları inkişaf etməyə başlayır. Elə bu vaxt onun tər, yumşaq, cavan zoğları əksər rayonlarda əhali tərəfindən toplanır və yeyilir. Bundan əlavə onun budaqlarını duzlu suda pörtür, sonra bir balaca sıxıb suyunu çıxarır, yağ-soğanla qızardırlar. Dadına, ləzzətinə və qidalılığına görə çox qiymətlidır. Kökümsovu, kökləri, çiçəkləri, giləmeyvəsi və toxumu bir çox xəstəliklərin-böyrək, ürək, vərəm, və s. müalicəsində geniş istifadə edilir, qandayandırıcı, sidikqovucu xüsusiyyətlərinə malikdir.
Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir. Erkək çiçəklərin uzunluğu 5 mm, boruvari, ağ və yaşılımtıl-sarıdır. Dişi çiçəkləri iki dəfə azdır. İyunun ortalarından çiçəkləyir. Meyvəsi qırmizı rəngli, diametri 8 mm olan giləmeyvədir. Toxumlarla, vegetativ və kökümsovların bölünməsi ilə çoxaldılır.
Ekologiyası Kserofit, işıqsevəndir. Çəmənlərdə, çöllərdə, kolluqlarda bitir. Torpaq şəraitinə tələbkardır, yüngül, qumluca və ya gillicə torpaqlara üstünlük verir. Torpağın yüksək turşuluğunu sevmir.
İstifadəsi Qida, dekorativ əhəmiyyətlidi. Qidada cavan, sulu, ətli zoğları istifadə edilir. Qulançarın zoğlarının xoş dadı və nazik qoxusu onda xüsusi maddə - asparagenin olmasına görədir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Avstraliya florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Yeməli vəhşi bitkilər Kateqoriya:Avropanın dərman bitkiləri