Amerika Erməniləri Milli Komitəsi (, ) — Komitəni bəzən "Ay Dat" da adlandırırlar. Komitə Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur.

Amerikanın eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, AEMK Daşnaksütun partiyası ilə sıx əlagələrə malikdir. Digər erməni təşkilatıarı ilə birgə Erməni soyqırımı nın tanınması məqsədilə kompaniyalar təşkil edir və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur.

1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamasına görə, ABŞ hüquq mühafizə orqanları tərəfindən həbs olunmuşdur.

Hal hazırda komitənin fəaliyyəti əsasən üç istiqamətdə təşkil olunub: Ermənistana və Qarabağ seperetçılarına maddi və siyasi yardım göstərmək. ABŞ pprezidentinə və siyasi elitasına təsir və təzyiq göstərərək erməni soyqırımını tanıdmaq və Türkiyədən təzminat alınmasına nail olmaq. Azərbaycana qarşı olan istiqamətdir, burada onların məqsədi, Qarabağ məsələsində ermənilərin düz mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirmək. Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirmək də AEMK prioritet məsələlərindən biridir.

Həmçinin bax ABŞ-də erməni lobbisi

İstinadlar

Xarici keçidlər Komitənin Rəsmi saytı

Kateqoriya:ABŞ təşkilatları Kateqoriya:Ermənilər Kateqoriya:Erməni saxtakarlığı Kateqoriya:ABŞ–Ermənistan münasibətləri Kateqoriya:Vaşinqton şəhəri Kateqoriya:ABŞ-nin qeyri-kommersiya təşkilatları Kateqoriya:ABŞ erməniləri