Pünhan İsmayıllı (İsayev Pünhan Baba oğlu; ) — bədii qiraətçi.
Həyatı 14 aprel 1966-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur.1990-cı ildən Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mədəniyyət evində aparıcı vəzifəsində çalışır.Azərbaycanda və xaricdə mədəni-kütləvi tədbirlərin mahir aparıcısıdır. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Baba Vəziroğlu və başqa şairlərin, eyni zamanda aşıq poeziyasının danışan dilidir. Azərbaycan aşıq və şairlərinin poeziya incilərindən ibarət 36 musiqi albomunun və milli adət-ənənələrdən bəhs edən 400 səhifəlik ensiklopediya kitabının müəllififdir.
Musiqi albomları:
1. Öyrətmə özünə öyrətmə məni - 2000 2. Gəldim yenə görüşünə, Ordubadım - 2001 3. Ocağınız gur yansın - 2002 4. Hamının Evində toy, nişan olsun - 2003 5. Oğul ya qız, fərqi nədir - 2004 6. Söndürməyin ocaqları - 2004 7. Bir arzum var - balalara toy ola - 2004 8. Olmuşuq Gəncədə mehman bu gecə - 2004 9. Toylar olsun ocaqlarda - 2004 10. Yaz gəldi - 2005 11. Sevin sevilin - 2005 12. Ay İsmayıllı - 2005 13. Ana laylası - 2005 14. Vağzalı - 2006 15. Ucarım - 2006 16. Tovuza gəlsin - 2006 17. Kəndimizdə toy olanda - 2006 18. Bakıdan Surquta - 2006 19. Körpə gülüşləri - 2006 20. Ordubada gələndə - 2006 21. Nədən oldu - 2006 22. Atasız dünya - 2007 23. Harda toy var, orda varam - 2007 24. Toy yetir, şad eylə Ağcabədimi - 2007 25. Analar - 2007 25. Fizulim mənim - 2011 26. Şəmkirimin Şiştəpəsi gözəldir - 2008 27. İmişli - 2008 28. Körpələr - sevincim mənim - 2008 29. Evin çırağı - 2008 30. Mən bu qızı yuxularda görmüşəm - 2009 31. Sözə borcluyam - 2009 32. Gəl qayıdaq o günlərə - 2010 33. Doğma ellər - 2011 34. Qürbət toyları (1) - 2011 35. Sözlü-sazlı gecələr - 2011 36. Qürbət toyları (2) - 2011
Filmoqrafiya:
1. Etiraf - 2000 2. Ömür payı - 2006 3. Şans (film) - 2007 4. Yanmış körpülər (film) - 2007 5. Sözə, saza borcluyam - 2008 6. Qürbət toyları (1) - 2011 7. Qürbət toyları (2) - 2011 8. Sözlü, sazlı gecələr - 2011
Xarici keçidlər Любовь к природе, национальной поэзии и искусству тамады - Пюнхан Исмайыллы (видео-, фотосессия)
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:İsmayıllıda doğulanlar