İlko Dimitrov (23 dekabr 1955, Sofiya) — bolqar şair, hüquqşünas. 2003-2005-ci illərdə Bolqarıstan müdafiə nazirinin müavini. 40-cı çağırış Bolqarıstan Respublikası Xalq Yığıncağının deputatı. Bolqar Yazıçıları Birliyinin üzvü.
Poeziya
1989 — "Опит за определение" (Müəyyənləşdirmək cəhdi), şeirlər; 1995 — "Обратен водопад" (Əksinə axan şəlalə), şeirlər; 1998 — "Вселена по здрач" (Kainat alaqaranlıqda), şeirlər; 1999 — "Паркът" (Şəhər bağçası), poema; 1999-cu ildə poema Bolqar Yazıçıları Birliyinin Böyük mükafatına layiq görülüb; 2000 — "Трите кошници" (Üç səbət), şeirlər; 2007 — "Разчленяване" (Tikə-tikə doğrama), poema; 2008 — "Бяло" (Ağ), seçilmiş əsərlər; 2009 — "Продавачът на конци" (Sap satıcısı), poema - 2009-cu ilin ən yaxşı poetik kitabı kimi İvan Nikolov adına Milli mükafata layiq görülüb.
Şairin seçilmiş nəzm əsərləri ingilis, srb və digər dillərə tərcümə olunaraq çap edilib.
Digər əsərləri
1992 — "Приказки за Попо" (Poppo üçün nağıllar), uşaqlar üçün kitab; 2007 — "Двамата съдружници" (İki yoldaş), fəlsəfi esse; 2009 — "Бог в Ню Йорк" (Tanrı Nyu-Yorkda), proza.
Xarici keçidlər
İ.Dimitrovun əsərləri "Ədəbiyyat klubu" virtual kitabxanasında (bolq.)
Kateqoriya:Bolqarıstan şairləri Kateqoriya:Bolqar şairlər Kateqoriya:Sofiyada doğulanlar