Öd (; ) — onurğalı heyvanlarda və insanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq hasil etdiyi sekret.
Öd yaşıl- sarımtıl rəngdə, çox acı, neytral reaksiyalı maye halda məhsuldur; xüsusi çəkisi 1010–1040 — dır; daim ifraz olunur, ancaq həzm vaxtı onikibarmaq bağırsağa tökülür. Həzm olunmayan zaman öd öd kisəsinə toplanaraq, onun divarındakı vəzilərdən ifraz olunan seliklə qarışır. qaraciyərdən gələn öd duru və açıq olur, öd kisəsində olan öd isə tünd, qatı və selikli olur. Öddə bəzən yağ damcıları, öd yollarından qırılmış silindirəbənzər hüceyrələr, öd boyağı dənələri və xolesterin kristalları olur. + Qaraciyər və öd kisəsi ödünün ümumi xarakteristikasıКоротько Г. Ф. Физиология системы пищеварения. — Краснодар: 2009. — 608 с. Изд-во ООО БК "Группа Б". ISBN 5-93730-021-1.GöstəricilərQaraciyər ödüÖd kisəsi ödü Turşuluğu, рН 7,3–8,2 6,5–6,8 Xalis çəkisi 1,01–1,021,02–1,048 Quru çəkisi, q/l 26,0 133,5 Su, % 95–9780–86 + Qaraciyər və öd kisəsi ödünün tərkibindəki üzvi maddələrə görə xarakteristikasıÜzvi maddələrQaraciyər ödü mmol/lÖd kisəsi ödü mmol/l Öd turşuları 35,0 310,0 Öd piqmentləri 0,8–1,0 3,1–3,2 Xolesterin ~3,025,0–26,0 Fosfolipidlər 1,08,0 + Qaraciyər və öd kisəsi ödünün ion tərkibinə görə xarakteristikasıİonlarQaraciyər ödü mmol/lÖd kisəsi ödü mmol/l Natrium (Na+) 165,0280,0 Kalium (K+)5,015,0 Kalsium (Ca2+)2,4–2,511,0–12,0 Xlor (Cl−)~9014,5–15,0 Bikarbonat (НСО3−)45–46~8
Öd turşuları
Həmçinin bax Öd kisəsi Öd daşı xəstəliyi Öd kisəsinin iltihabı Xolestaz sindromu
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
İstinadlar
Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Həzm sistemi Kateqoriya:Bioloji mayelər Kateqoriya:Hepatologiya Kateqoriya:Biomolekullar