Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Bala Məzrə rayon mərkəzindən 9km şimalda, Məzrə çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Məzrə`ə formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.62, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimiД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.164 qeyd edilmişdir.

Kəndin əfazisində X–XII əsrlərə aid alban kilsəsi, IV–VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən məzrə (məzru) sözü əsasındaƏrəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.343 formalaşmışdır. "Bala" fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.

Əhalisi Kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113.

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.27, 113, 1987-ci ildə 2000 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s.290 azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

1988-ci ildə azərbaycanlıların məcburən Ermənistandan köçürülməsi zamanı qətlə yetirilən kənd sakinləri: Nəsibov Qurban Bəxtiyar oğlu (1926) Nigar Cibi qızı (1944) Sadıqov Qurban Həsən oğlu (1945) Musayev Şamo Qaraca oğlu (1928)

Tanınmışları Məlahət Həsənova — millət vəkili. Hüseyn Cahangirov — polkovnik-leytenant. Aydın İslam oğlu Rəsulov — fizika -riyaziyyat elmləri namizədi, dosent Akif Həbib oğlu Rəsulov — əməkdar müəllim, məktəb direktoru Məcnun Göyçəli — şair. Füzuli Sabiroğlu — rejissor. Nizami Novruzov — fəlsəfə doktoru, Bakı məktəblərində direktor. Rasim Musayev — polis general-mayoru, Daxili Təhqiqatlar İdarəsinin rəisi. Nərgiz Aydın qızı Rəsulova - tarix üzrə fəlsəfə doktoru, dosent

İstinadlar

Kateqoriya:Göyçə kəndləri