Emin Ələkbər oğlu Quliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev "N" saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür.
Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Sahil qəsəbəsindəki 14 saylı məktəb, bir küçə və park qəhrəmanımızın adını daşıyır.
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 165.
Xarici keçidlər Emin Quliyev
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar