Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) () — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır.

Həyatı Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasında xanəndəlik üzrə dərs deyib. Hal hazırda Qarabağ Universitetində çalışır.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən "Qarabağ xanəndələri" adlanan, özündə 24 xanəndənin yaradıcılığını əhatə edən fono və foto materialları cəmləşdirən nəşrdə Firuz Səxavətin də ifası daxil edilmişdir.

İstinadlar

Xarici keçidlər Bayatı- Şiraz Qarabag xanendeleri - musiqi albomu Ay qız Səhər-səhər Təsnif, Nəzakət Teymurova ilə duet Olmaz-olmaz deyirsən

FEHRUZ MƏMMƏDOV (SƏXAVƏT) "QARABAĞ XANƏNDƏLƏRİ" LAYİHƏSİ

Kateqoriya:Azərbaycan xanəndələri