Yalçın Canhəsən oğlu Nəsirov () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 228.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.
Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Astara rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar