Ögey ana — Rejissor Həbib İsmayılovun filmi.Məmmədova, Y. Çox doğmadan doğma "ögey": [Rejissor Həbib İsmayılovun "Ögey ana" filmində Xalq artisti Nəcibə Məlikovanın canlandırdığı ana obrazı haqqında] //Zaman.- 2010.- 27 may.- S. 8. Azərbaycanda ən populyar filmlərdən biridir.Azərbaycanda ən populyar film "Ögey ana"dır //Mərkəz.- 2008.- 1 avqust.- S. 2.

Məzmun Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın""Ögey ana"nın İsmayılı "Fəryad"ın qəhrəmanı oldu" //Xalq.- 2011.- 16 aprel. (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir.

Festivallar və mükafatlar 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı Film Üçüncü mükafat almışdır.

Film haqqında Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk işidir. Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı. Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər. Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxmışdı. Filmin kadrlarından 1993-cü ildə İsmayılın ekran həyatının davamı olan "Fəryad" filmində istifadə olunmuşdur.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 364.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Həbib İsmayılov, Anna Yan Quruluşçu rejissor: Həbib İsmayılov Quruluşçu operator: Xan Babayev Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Məmməd Hüseynov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Mahnıların mətni: Zeynal Cabbarzadə Rejissor: Məmməd Əlili Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Çalır: Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Tofiq Quliyev Filmin direktoru: V. Krutikov Mahnı İfa edənlər: Şövkət Ələkbərova, Məsumə Atamova ("Kəndimiz" mahnısı) Rejissor assistenti: Ramiz Əliyev

Rollarda Nəcibə Məlikova — Dilarə (ögey ana) Ceyhun Mirzəyev - İsmayıl Fateh Fətullayev — Arif (İsmayılın atası) Həqiqət Rzayeva — Qəmər (İsmayılın ana nənəsi) Ceyhun Şərifov — Dadaş (İsmayılın dostu) A. Məmmədova — Solmaz (qonşu qız) Hacı Murad Yagizarov — Ayaz (H. Yegiazarov kimi) Ələsgər Ələkbərov — Hüseyn dayı Nəsibə Zeynalova — Fatmanisə (Qəmərin rəfiqəsi) Şəfiqə Qasımova — Zeynəb Sevinc Axundova — CəmiləAxundova, S. "Ögey ana"nın Cəmiləsi: "Biz çaya yıxılanda artıq oktyabrın əvvəli idi, su soyuq idi…": ["Ögey ana" filmində Cəmilə rolunu ifa etmiş Sevinc Axundovanın Milli. Az-a müsahibəsi] //Ədalət.- 2015.- 29 yanvar.- S.8. (İsmayılın ögey bacısı, Dilarənin qızı) Fərhad Bakıxanov — Səməd Əli Qurbanov — Qurbanəli A. Əzimova S. Mirsadıqova Ələkbər Hüseynzadə — Ayazın atası Əkbər Fərzəliyev — fəhlə A. Hüseynov Fazil Salayev — kənd sakini (titrlərdə yoxdur) Dadaş Kazımov — rəngsaz (titrlərdə yoxdur) Azad Dadaşov

Filmi səsləndirənlər Hökümə Qurbanova — Dilarə (Nəcibə Məlikova) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Hüseyn dayı (Ələsgər Ələkbərov) (titrlərdə yoxdur) Əli Zeynalov — Arif (Fateh Fətullayev) (titrlərdə yoxdur)

Maraqlı fakt Filmdə "İsmayıl" rolunu canlandıran Ceyhun Mirzəyev təhlükəli epizodlarda yer almayıb"Ögey ana" filmi ilə bağlı maraqlı fakt üzə çıxdı — VİDEO . azvision.az, 17.02.2018 . Onun əvəzinə dublyor çəkilib. İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev Ceyhun Mirzəyevin dublyoru olub.

İstinadlar

Mənbə Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 154. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94; 118; 125–129. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər Ögey ana "Ögey ana" filminə abidə qoyuldu — Video

Filmin musiqisi left|thumb|Musiqi-1

Kateqoriya:1958-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:İsmayıllıda çəkilən filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1958-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Azərbaycanca filmlər