Pəhlivan Fərzəliyev () — Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.

Döyüşlərdə iştirakı BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.

Ailəsi Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.

Həmçinin bax Birinci Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü

İstinadlar

Xarici keçidlər

Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 102.

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Füzuli rayonunda doğulanlar Kateqoriya:Füzuli rayonunda vəfat edənlər Kateqoriya:Füzuli rayonunda dəfn olunanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar