Xanbulançay su anbarı — Azərbaycan Respublikasın Lənkəran rayonunda su anbarı. Çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilmişdir"“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli, 3660 nömrəli Sərəncamı. e-qanun.az . 1976-cı ildə istismara verilmişdir.

Ümumi su tutumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə Azərbaycanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m³/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.

Şah Təhmasibin saray katibi Qasım bəy Həyati Təbrizinin 1554-cü ilə aid "Tarix" əsərindən ərazidə daha öncə də, Şeyx Heydər dövründə Xanbəyli adlı su anbarının olduğu məlum olur.

İstinadlar

Mənbə SU ANBARLARI

Həmçinin bax Viləşçay su anbarı

Kateqoriya:Azərbaycan su anbarları Kateqoriya:Lənkəran rayonu Kateqoriya:1976-cı ildə Azərbaycanda yarananlar