İlham Müzəffər oğlu Əliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.ƏLİYEV İLHAM MÜZƏFFƏR oğlu
Həyatı 5 oktyabr 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi 1978-ci ildə bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər. İ. Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, "Mükəmməl polis" döş nişanına layiq görülmüşdür.
Şəxsi həyatı Ailəli idi. Bir övladı var.
Döyüşlərdə iştirakı Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etdi. Vəziyyət anbaan çətinləşirdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da, artıq gec idi.
19 avqust 1990-cı il leytenant İlham Əliyev Qazax rayonunun Əskipara kəndində şəhid olub. Gədəbəy rayonunda dəfn edilib.
Təltif və mükafatları 35px — "Qırmızı Ulduz" ordeni 25px — "Mükəmməl polis" döş nişanı
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə leytenant İlham Müzəffər oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 50px (6 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
İrsi və xatirəsi Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman — İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.Milli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. AzərTAc, 25.09.2013."YouTube"də izlə: "Alınmaz qalanın qəhrəmanları" "YouTube"də
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 84.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:SSRİ milisonerləri Kateqoriya:Azərbaycan polisləri