Qapanlı (əvvəlki adı: Məmmədalılar) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Qapanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kənd inzibati ərazi vahidinin tərkibindəki Məmmədalılar kəndi Qapanlı kəndi adlandırılmışdır.

Əhalisi Kənd əhalisi 3285 nəfərdir.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şəmkir rayonunun kəndləri