Dişsiz balinalar, bığlı balinalar () — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi.
Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina.
Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür. Piyi, əti və bığı istifadə olunur. Dişsiz balinalar xüsusi gəmilərlə ovlanır. Dünyada dişsiz balinalar ovlanan yerlər Antarktika suları və Sakit okeanın şimal hissələridir. 1967-ci ildən Antarktikada göy balina beynəlxalq miqyasda mühafizə edilir. Mühafizə nəticəsində Berinq dənizində boz balinanın sayı bir qədər bərpa olunmuşdur.
Təsnifatı Kiçik balinalar (Neobalaenidae) fəsiləsi Boz balinalar (Eschrichtiidae) fəsiləsi Əsl balinalar (Balaenidae) fəsiləsi Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsi Janjucetidae fəsiləsi (nəsli kəsilib) Mammalodontidae fəsiləsi (nəsli kəsilib) Cetotheriidae fəsiləsi (nəsli kəsilib)
İstinadlar
Həmçinin bax
Kateqoriya:Balinakimilər