thumb|Sultan Əhməd məscidi Sultan Əhməd məscidi —1609–1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Məscidin interiyeri mavi, yaşıl və ağ rəngli İznik saxsısı (çinisi) ilə bəzədildiyi və yarımgünbəzlərin, böyük günbəzin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün avropalılar məscidi "Mavi məscid (Blue Mosque)" adlandırır. 1934-2020-ci illərdə Ayasofya məscidi muzey kimi fəaliyyət göstərib. Həmin dövrdə İstanbulun əsas məscidi Sultan Əhməd camisi sayılıb.

Xüsusiyyətləri Məscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir. Bu çinilərin bəzədilməsində sarı və mavi tonlardan, ənənəvi bitki motivləri isitfadə olunmuş, nəticədə tikinti sadəcə ibadətxana olmaqdan ziyadə möhtəşəm sənət əsərinə çevrilmişdir. Məscidin ibadətxana bölümü 64 x 72 metr ölçülərindədir. Mərkəzi günbəzin hündürlüyü 43 metr, diametri 23,5 metrdir. Məscidin içi 200-dən çox rəngarəng şüşələrlə işıqlandırılmışdır. Divar yazıları diyarbəkirli Seyid Qasım Qubari tərəfindən yazılıb. Əhatəsindəki tikintilərlə birlikdə bir külliyyə əmələ gətirən Sultan Əhməd Türkiyənin altı minarəli ilk məscididir.

Türbədə dəfn olunanlar arasında adı bilinənlər isə bunlardır:Alev Öner, "Sultan Ahmet I. Türbesi" , TTOK Belleteni, LXV/344 (1979), s. 24–29.

Osmanlı sultanı I Əhməd Osmanlı sultanı II Osman Osmanlı sultanı IV Murad Validə Mahpeykər Kösəm Sultan

Sultan Əhmədin qızı Ayşə Sultan Sultan Əhmədin qızı Fatma Sultan Sultan Əhmədin qızı Gövhər Sultan Sultan Əhmədin qızı Zahidə Sultan Sultan Əhmədin qızı Əsma Sultan Sultan Əhmədin qızı Zeynəb Sultan Sultan Əhmədin qızı Cəmrə Sultan Sultan Əhmədin qızı Abidə Sultan Sultan Əhmədin oğlu Şahzadə Səlim (d. 27 iyun 1611 — ö. 27 iyul 1611) Sultan Əhmədin oğlu Şahzadə Bəyazid Sultan Əhmədin oğlu Şahzadə Mahmud Sultan Əhmədin oğlu Şahzadə Orxan (d. 1609 — ö. 1612) Sultan Əhmədin oğlu Şahzadə Mehmed Sultan Əhmədin oğlu Şahzadə Həsən (d. 25 noyabr 1612 — ö. 1615) Sultan Osmanın qızı Zeynəb Sultan (d. noyabr 1622 — ö. 1623) Sultan Osmanın oğlu Şahzadə Mustafa (d. noyabr 1622 — ö. 1623) Sultan Muradın oğlu Şahzadə Əhməd Sultan Muradın oğlu Şahzadə Əbdülhəmid Sultan Muradın oğlu Şahzadə Səlim Sultan Muradın oğlu Şahzadə Orxan Sultan Muradın oğlu Şahzadə Numan Sultan Muradın oğlu Şahzadə Mahmud Sultan Muradın oğlu Şahzadə Həsən Sultan Muradın oğlu Şahzadə Osman Sultan Muradın qızı Ruqiyə Sultan Sultan Muradın qızı Fatma Sultan Sultan Muradın qızı Safiyə Sultan Sultan İbrahimin oğlu Şahzadə Mehmed Sultan İbrahimin oğlu Şahzadə Əhməd Sultan İbrahimin oğlu Şahzadə Süleyman Sultan İbrahimin qızı Safiyə Sultan

Həmçinin bax

Ayasofya Süleymaniyyə məscidi Bəyazid məscidi Bodrum məscidi Laləli məscidi Şahzadə külliyəsi Yavuz Sultan Səlim külliyəsi Yeni məscid İstanbul Fatih Sultan l Əhməd İznik saxsısı Külliyə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:1609-cu ildə yarananlar Kateqoriya:Günbəzli məscidlər Kateqoriya:Türkiyədəki ümumdünya irsi Kateqoriya:İslam Kateqoriya:Türkiyənin memarlıq abidələri Kateqoriya:Fatih (İstanbul)