Bəri bax — Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Mahnı Azərbaycanın xalq mahnısı Bəri baxın yenidən işlənmiş versiyasıdır. Mahnı duet şəklində Brilyant Dadaşova tərəfindən Azərbaycan türkcəsində və Skruk xoru tərəfindən Norveç dilində ifa edilib. Mahnı Norveçdə çıxarılan "Landet Vi Kommer Fra" (Gəldiyimiz torpaqlar) albomunda və Türkiyədə çıxarılmış Azerbaycan Şarkıları albomlarına daxil edilib.

Kateqoriya:Azərbaycan dilində mahnılar Kateqoriya:1997-ci ilin mahnıları

Xarici keçidlər Brilliant Dadaşova - Dinlə Soheil Salimzadeh - Dinlə