Cəlilabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəlilabad şəhər inzibati ərazi dairəsində şəhər, Cəlilabad rayonunun inzibati mərkəzi. 1952-ci ildə rayon tabeli şəhər statusu almışdır. Ən çox şəhər əhalisi olan rayonlardan biridir.
Tarixi 1967-ci ildən şəhər Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyır. Əvvəllər bu şəhər Hacılı, daha sonra isə Astarxanbazar adlanırdı.
Coğrafiyası və iqlimi Şəhər paytaxt Bakıdan 210 km məsafədə yerləşir. Cəlilabad şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qranitdən hazırlanmış kirkirə (əl dəyirmanı), gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılıb.
Əhali
İstinadlar
Kateqoriya:Memorial toponimlər Kateqoriya:Cəlilabad rayonunun şəhərləri Kateqoriya:Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri