Üçoğlan bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədən bir də Ağdam rayonunun Üçoğlan bələdiyyəsi olumuşdur.
14.12.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Üçoğlan bələdiyyəsinin ilk Nizamnaməsi qəbul edilmiş, 20.10.2016-ci il tarixli 10 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə isə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq bu Bələdiyyə Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
2003-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
9.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində aşağıdakı dəyişikliklər edilib: "Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi" yaradılıb.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 6) 13-cü sırada "Üçoğlan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Yusifli kəndləri" sözləri ", Yusifli kəndləri və Birinci Baharlı, İkinci Baharlı, Səfərli qəsəbələri" sözləri ilə əvəz" edilib.
20.10.2016-ci il tarixli 10 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə bu Bələdiyyənin sonuncu Nizamnaməsi qəbul edilib.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə işmərkəzi (Bələdiyyələrlə iş baş idarəsi), habelə Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi;" yaradılıb.
Ağdam rayonu Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolu ilə təsbit edilmiş 3-cü Qərarı ilə Ağdam rayonunun Ümoğlan bələdiyyənin Nizamnaməsi ləğv edilib.
Mərkəzi və ərazisi "Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Üçoğlan bələdiyyəsinin mərkəzi Ağdamın Üçoğlan kəndi olub. Bu Bələdiyyənin ofisi Üçoğlan kəndində keçmiş kolxoz binasında yerləşib.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik kodu İnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Üçoğlan bələdiyyəsi3200011321321360919007Üçoğlan kənd iəd60919005Üçoğlan kəndi60919018Gül Baharlı kəndi60919058Ballar kəndi60919088Böyükbəyli kəndi60919028Orta Qışlaq kəndi60919038Yusifli kəndi60919068Alıbəyli kəndi60919048Kiçikli kəndi60919078
İstinadlar
Kateqoriya:Ağdam rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr