Ölsəm... bağışla — İkinci Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film.
Məzmun Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır.
Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova)Günay. "Ölsəm, bağışla" filmi aktrisalıq həyatıma uğur gətirib": Gülzar Qurbanovanın fikrincə, hazırda tamaşaçının sadə və saf filmlərə ehtiyacı var //Paritet.- 2011.- 10–11 fevral.- S.16. onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.
Festivallar və mükafatlar 1)1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 282. 2)1992-ci ildə Çimkənddə (Türkmənistan) Qazaxıstan, Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional "İpək Yolu" kinofestivalı Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Gülzar Qurbanovaya və baş mükafat-festivalın Qran-pri Mükafatı verilmişdir Ən yaxşı kişi rolunun ifasına görə aktyor Fəxrəddin Manafova baş mükafat-festivalın Qran-pri mükafatı verilmişdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 282–283.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim Ocaqov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Ramiz Əliyev Qrim rəssamı: Elbrus Vahidov Geyim rəssamı: Y. Kirşner Operator: Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Montaj edən: Nataliya Albitskaya, Lyudmila Lotina Rejissor assistenti: Mirzəbala Məlikov, N. Cəlilov, Rafiq Orucov Operator assistenti: Aydın Mustafayev, Nadir Mehdiyev, V. Romanov Rəssam assistenti: R. Abdullayev İşıq Ustası: N. Daşdəmirov İnzibatçı: M. İsmayılov, Arif Kərimov, İlqar Əliyev Rejissor-Stajçı: Ramiz Əzizbəyli, Nizami Musayev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: Konstantin Krimets Redaktor: A. Süleymanova Filmin direktoru: Davud Zöhrabov Tərcüməni səsləndirən: Rasim Balayev (titrlərdə yoxdur)
Rollarda Fəxrəddin Manafov — Yusif Gülzar Qurbanova — Gülya Sədayə Mustafayeva — Yusifin anası Muxtar Maniyev — Seyidrza Nizami Musayev — Cavad Ağasəf Sadıqbəyov — Eldar Ülkər Quliyeva — Naza Viktor Dəmirtaş — Edik Andrey Proxorov — Viktor Rəsmi Cəbrayılov — Həkim Andrey Yurenev — Müstəntiq Qalina Kuznetsova — Ev sahibəsi Mariya Stepanova — Marusya xala R. Məmmədov — Duquş Yelena Kostina — Zina Həsən Məmmədov — Firuz Hacı İsmayılov — Qulam Aliyə Musayeva — Zulya Zülfüqar Baratzadə — Baladadaş K. Qotiç — Qızıldiş Niyazi Əhmədov — Səlim Tofiq İsmayılov — Müdir Nuriyyə Əhmədova — Səltənət L. Lerman Vəliəhd Vəliyev — avara R. Həsənzadə Y. Semyonov Kamil Məhərrəmov — tapança satan Boka (Boris Davidyan) — restoran müğənnisi
Filmi səsləndirənlər Yaşar Nuri — Müdir (Tofiq İsmayılov) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Eldar (Ağasəf Sadıqbəyov) (titrlərdə yoxdur) Həsən Əbluc — Həkim (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva —Yusifin anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Gülya (Gülzar Qurbanova) (titrlərdə yoxdur) Həmidə Ömərova — Zulya (Aliyə Musayeva) (titrlərdə yoxdur) Rasim Balayev — Tərcüməni oxuyan (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər Filmi izlə Filmin posteri
Filmin musiqisi left|thumb|Musiqi-1
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər