Matteo Falkone — rejissor Tofiq Tağızadənin qısametrajlı bədii filmi."2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.

Məzmun Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır.

Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir.

Film haqqında Film Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılmışdır.

Film 2019-cu il mayın 22-də BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa olunub.

19 dəqiqəlik "Matteo Falkone" qısametrajlı filmi BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir.

BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Matteo Falkone" qısametrajlı filminin yenilənmiş versiyası 2019-cu il mayın 23-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Nümayişdə görkəmli kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyinə həsr olunub. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, fransız yazıçısı Prosper Merimenin əsəri əsasında çəkilmiş film Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb. Bu film BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası, AMKAD və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olunub.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Prosper Merime Ssenarinin müəllifləri: N.German, Tofiq Tağızadə Quruluşçu rejissor: Tofiq Tağızadə Operator: Rasim Ocaqov Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Qara Qarayev Səs operatoru: İlya Ozerski Rejissor: Rüfət Şabanov Filmin direktoru: V.Dudiyev Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Niyazi

Rollarda Nodar Şaşıqoğlu — Matteo Falkone Tamilla Ağamirova — Cüzeppa Ceyhun Mirzəyev — Fortunato Anatoli Falkoviç — serjant Tofiq Tağızadə — Cannetto Hacımurad Yegizarov — yaraqlı

Filmi səsləndirənlər Ələsgər Ələkbərov — Matteo Falkone (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cannetto (Tofiq Tağızadə) (titrlərdə yoxdur) Sadıq Hüseynov — serjant (Anatoli Falkoviç) (titrlərdə yoxdur)

İstinadlar

Xarici keçidlər Filmi izlə

Həmçinin bax

Kateqoriya:1960-cı ilin Azərbaycan filmləri Kateqoriya:Tofiq Tağızadənin filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1960-cı ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Azərbaycan qısametrajlı filmləri Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Azərbaycanın dram filmləri