Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir.

Tarixi Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.

Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.

Etimologiyası Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir. Toponimikaya aid əsərlərdə Ələt adının türk-monqol mənşəli "oyrat" tayfasının Ələt//olet qolunun adından alındığı söylənilir.Azərbaycan xalq əfsanələri. Bakı, 1985, 285 s., 214

Heredotun məlumatına görə, Ələt Midiya çarlarından birinin adıdır. Ələt Midiyadan qaçmış skifləri müdafiə etdiyinə görə onun adı yerli tayfalar arasında geniş yayılmışdır.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində, Ələtli kəndi və Dağıstanda eyni adlı su obyekti olmuşdur. Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi haqqında məlumat vermişdir.R. Fəzlullah. "Oğuznamə". Bakı, 1992, 72 s., 19 Mənbələrdən aldığımız məlumatlara görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də maraqlıdır ki, həmin onomastik vahidlərin hamısı türk xalqlarında mövcuddur. Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli, Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur.

Əhali 1959 1970 1979 1989 2019 5118 7920 8355 11 455 12 600

İqtisadiyyatı thumb|300px|Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2014-cü ildə Ələtdə Bakı Limanının bərə terminalı tikilmişdir. Oktyabr ayından etibarən Bakı-Türkmənbaşı Bərə Keçidi Türkmənistana tərəf fəaliyyətə başlamışdır. 2017-ci ilin mart ayından Qazaxıstana Xəzər dənizi vasitəsilə "Ələt-Aktau limanı" bərə keçidi işə başlayıb.

2018-ci ildə qəsəbədə Yeni Bakı Limanı açıldı. 2018-ci ilin mayında Prezident İlham Əliyev Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib Bu kompleks Rusiya ərazisindən yan keçən "İpək Yolu" (Ukrayna — Gürcüstan — Azərbaycan — Qazaxıstan — Çin) Beynəlxalq layihəsinin bir hissəsidir.

İstinadlar

Kateqoriya:1935-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Ələt Kateqoriya:Azərbaycanın sahilyanı yaşayış məntəqələri Kateqoriya:Xəzər dənizinin limanları Kateqoriya:Azərbaycanın liman şəhərləri Kateqoriya:Xəzər dənizi limanları Kateqoriya:Qaradağ rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri