Düdəngə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Düdəngə inzibati ərazi vahidində kənd.
Toponimikası Düdəngə oyk, mür. Arazboyu düzənlikdədir. Oykonim İran dillərindəki dü (iki) və dəngə (məhəllə, şəhərin hissəsi) sözlərindən düzəlib, "iki məhəlləli kənd" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi Əhalisi 4415 nəfərdir (2009-cu il)Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Tanınmış şəxsləri Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski – İkinci dünya müharibəsində Azərbaycan legionunun başcısı Asəf Rəhimov — 1992-ci ildə Sədərək rayonu uğrundakı döyüşlərdə şəhid olub. Asif Şirəliyev (alim) — İqtisad elmləri doktoru-professor Nağıyev Ramiz — Polis General mayoru, Hüquq Elmləri Namizədi
İstinadlar
Kateqoriya:Şərur rayonunun kəndləri