Köhnə Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Köhnə Xacmaz Samur–Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri–Dərbənd dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xacmaz adı verilmişdi. Köhnə Xacmaz kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün belə adlandırılmışdır.

Təhsil Kənddə köhnə məktəb var idi. 2012-ci ildə yeni tikilən, 600 şagird yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbi istifadəyə verilib.

İstinadlar

Kateqoriya:Xaçmaz rayonunun kəndləri