Məzmun Kinopovest cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qeyri-qanuni ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən danışır. Filmin gənc qəhrəmanları-dəniz sahilindəki qəsəbəyə istirahətə gəlmiş Samir (Samir Bəbirov) və Səbinə (Səbinə Həsənova) istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, sabahkı həyata başlayacaq gənclərdən söhbət açılır.

Film haqqında Film rejissor Maqsud İbrahimbəyovun böyük kinoda debütü və diplom işidir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Maqsud İbrahimbəyov Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Firuz Bahar Səs operatoru: Əsəd Əsədov Rejissor: Rafiq Dadaşov Montaj edən: Nelli Mahmudova Rejissor assistenti: E.Quliyev Qrim rəssamı: Alim Rzazadə Operator assistenti: Rəsul Bayramov (R.Bayramov kimi), M.Məmmədov Montaj üzrə assistent: G.Hüseynova, R.Qəmbərova, Tamilla Muxtarova Rejissor köməkçisi: Mahir İsayev, Kamil Hacıyev Məsləhətçi: N.Kərimov (milis podpolkovniki) Redaktor: Ədhəm Qulubəyov Bədii rəhbər: Georgi Daneliya Filmin direktoru: Semyon Qaragedov Filmin direktor müavini: Nadir Əliyev Musiqilərindən İstifadə edilən bəstəkar: Emin Sabitoğlu Mahnı ifa edən: Yalçın Rzazadə

Rollarda Səbinə Həsənova — Səbinə Samir Bəbirov — Samir Zemfira Sahilova — Zemfira xanım Rəsmi Cəbrayılov — Rəsmi Natiq Rəsulzadə — müstəntiq Natiq Rafiq Qasımov — Rafiq Nodar Şaşıqoğlu — Nodar Naib Rəsulov — milis nəfəri Larisa Xələfova — Larisa Məlik Dadaşov — milis podpolkovniki Tələt Rəhmanov — Davud Gümrah Rəhimov — sürücü Mirzə Babayev — müğənni Oqtay Mirqasımov — rayon prokuroru E.Quliyev D.Əsədov D.Süleymanov Yusif Əlizadə (Yusif Əliyev kimi) — milis işçisi Mahirə Yaqubova — rəfiqə (titrlərdə yoxdur)

Filmi səsləndirənlər Kamal Xudaverdiyev — sürücü (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Rasim Balayev — müstəntiq (Natiq Rəsulzadə) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — satıcı (titrlərdə yoxdur) Pərviz Bağırov — Samir (Samir Bəbirov) (titrlərdə yoxdur) Həsənağa Turabov — rayon prokuroru (Oqtay Mirqasımov) (titrlərdə yoxdur) Səməndər Rzayev — podpolkovnik (Məlik Dadaşov) (titrlərdə yoxdur) Həsən Əbluc — Rəsmi (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Nodar (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Rafiq (Rafiq Qasımov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Larisa (Larisa Xələfova) (titrlərdə yoxdur) Dadaş Kazımov — milis nəfəri (Naib Rəsulov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — milis işçisi (Yusif Əlizadə) (titrlərdə yoxdur)

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 216. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Detektiv filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri