Ərəb Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Ərəb Qubalı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Tarixi abidələri Kənd ərazisində yerin altında yerləşən Şəhərgah adı verilən tarixi məkan var.
Toponimikası Ərəb Qubalı oyk. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonim Ərəbkufeli adından təhrifdir. Mənşəcə VIII əsrdə İraqın Kufə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada ərəbkufəli (Kufədən çıxmış ərəblər) adı ilə adlanmışdır. Yaşayış məntəqəsi bu ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1412 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri