Mikayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Şahsevənlərin talış-Mikayıllı tayfasının məskunlaşması ilə bağlıdır.

Tarixi

Toponimikası Mikayıllı oyk., sadə. Burovar silsiləsinin ətəyindədir. Kəndi mikayıllı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır; Xocalı r-nunda eyniadlı i.ə.v.-də kənd. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə həlak olmuş polis baş leytenantı Mikayıl Cəbrayılovun adı ilə adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır; Neftçala r-nunun Sarıqamış i.ə.v.-də kənd. Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarım qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar. Ona görə də bu kəndə əvvəlcə Kötüklü, sonra isə Mikayıllı adı verilmişdir. Tərkibində Mikayıl antroponimi olan coğrafi adlara nəinki Azərbaycan toponimiyasında, həmçinin Dağıstanın toponimiyasında da rast gəlinir; məs: Mikayılxur kəndi (Dağıstan, Dərbənd r-nu). Bu oykonimdoki xur ləzgi dilində "kənd" mənasındadır, avar dilində isə "əkin yeri", "şum" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1224 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri