Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl E.ə. 49 — Yuli Sezar 13-cü Legionun rəhbəri kimi Rubikonu keçir. Keçmiş müttəfiqlər olan Sezar və Pompey arasında vətəndaş müharibəsi qaçılmaz olur.
1601–1900
1901–cari thumb|Ermənistan Dövlət Akamedik Opera və Balet Teatrında 6 yaşlı uşağın xatirəsinə düzülən əşyalar
1967 — Ceyms Bedford ilk krionik dondurulan şəxs olur. 1991 — Körfəz müharibəsi: ABŞ Konqresi İraqı Küveytdən çıxarmaq üçün Amerika hərbi gücündən istifadəsinin lehinə səs verir. 2015 — Gümrüdə kütləvi qətl baş verib. 2016 — İstanbulun Sultanəhməd meydanında terror aktı törədilib. 2021 — Adobe Flash plaqini fəaliyyətini dayandırıb.
Azərbaycana aid hadisələr 1992 — Almaniya Azərbaycanın müstəqilliyini tanımışdır.
Doğumlar
1600-cü ildən əvvəl
1601–1900 1746 — İohann Pestalotsi, İsveçrə pedaqoqu 1772 — Mixail Speranski, Rusiya dövlət xadimi 1863 — Vivekananda, Hindistan rahibi 1872 — Zəkiyə Sultan, Osmanlı şahzadəsi 1876 Cek London, ABŞ yazıçısı Fevzi Çaxmaq, Türkiyə siyasətçisi 1878 — Xudadat bəy Rəfibəyli, Azərbaycan siyasətçisi 1893 — Herman Görinq, Almaniya siyasətçisi 1896 — Nobuko Yoşiya, Yaponiya yazıçısı
1901–cari thumb|Robert Prosineçki
1903 — İqor Kurçatov, Rusiya fiziki 1905 — Nihal Atsız, Türkiyə yazıçısı 1928 — Gülrux Əlibəyli, Azərbaycan yazıçısı 1940 — Vəli Qədimov, Azərbaycan klarnet ifaçısı 1944 — Co Freyzer, ABŞ boksçusu 1949 — Haruki Murakami, Yaponiya yazıçısı 1958 Kristian Amanpur, Böyük Britaniya jurnalisti Nizami Məmmədov, Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı 1964 — Ceff Bezos, ABŞ iş adamı 1969 — Robert Prosineçki, Xorvatiya futbolçusu və baş məşqçisi 1973 — Handə Yenər, Türkiyə müğənnisi 1980 — Andrey Fedçuk, Ukrayna boksçusu 1993 — Zeyn Malik, Pakistan əsilli İngiltərə müğənnisi 1994 — Emre Can, Türk əsilli Almaniya futbolçusu
Ölümlər
1600-cü ildən əvvəl 1519 — I Maksimilian, Müqəddəs Roma imperatoru 1665 — Pyer Ferma, Fransa riyaziyyatçısı
1601–1900 1829 — Fridrix Şleqel, Almaniya şairi
1901–cari
1909 — German Minkovski, Almaniya riyaziyyatçısı 1976 — Aqata Kristi, İngiltərə yazıçısı 1992 — Bilegiyn Damdinsuren, Monqolustan bəstəkarı 1994 — Hüseynağa Hadıyev, Azərbaycan müğənnisi 2001 — Vilyam Reddinqton Hyulett, ABŞ mühəndisi 2005 — Amriş Puri, Hindistan aktyoru 2013 — Alqayıt, Azərbaycan aşığı 2014 — Halet Çambel, Türkiyə arxeoloqu və qılıncoynadanı 2016 — İvan Bukavşin, Rusiya şahmatçısı
Bayramlar və xüsusi günlər Tanzaniya — Zanzibar İnqilab Günü Türkmənistan — Xatirə Günü
İstinadlar
*0112 Kateqoriya:Yanvar *