Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir.

Tarixi Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. — Bakı: "Şərq-Qərb", 2007. — 2 cilddə..

Əhalisi Əhalisi 182 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax Şahbuz rayonu

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun kəndləri