Alıkənd, Əlikənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Mırtı kənd inzibati ərazi dairəsində kənd. Göyçay rayonunun mərkəzində, Mırtı, Şəkər, Veysəlli kəndlərə yaxın, Şirvan düzündə yerləşir.Azərbaycan toponimlərinin ensiklopedik lügəti. İki cilddə. Bakı: “Şərq-Qərb”. 2007.
Toponimikası Alıkənd oykonimi “Alı” (antr.) və “kənd” (yaşayış məntəqəsi termini) sözlərindən düzəldilib, “Alıya məxsusu kənd” deməkdir. 1933-cü ildə Göyçay rayonunun Ramal və Şəkər inzibati ərazi vahidlərində iki Alıkənd kəndi qeydə alınmışdır.
Əhalisi Əhalisinin sayı 547 (2009) nəfərdir
Tanınmışları Asif Bəkirli — SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi. Abil İslam — Şair , Jurnalist , Azərbaycan Yazıçılar Birliyi - nin və Azərbaycan Jurnalistlər Birliyi - nin üzvü. Piri Məmmədov—Azərbaycan Respublikasının əməkdar jurnalisti.
Həmçinin bax Kürd (Göyçay) Kürdşaban Kürdəmiş Çərəcə Çərəkə
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri