Zərgər və ya Yuxarı Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Zərgər kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Zərgar kəndinin bir tərəfi Füzuli rayonuna bitişikdir. Cənubdan Fioletovka, qərbdən Kovşad kəndləri ilə əhatə edilmişdir.

İqtisadiyyatı Zərgar kəndində üzümçülük və kənd təsərrüfatı ilə məşğul olublar.

Həmçinin bax Füzuli rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Füzuli rayonunun kəndləri