Ağbaş — Azərbaycan Respublikasının Şabran rayonunun Ağbaş kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur–Abşeron kanalının kənarında, Samur–Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmiş İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Kəndin əhalisi 2605 nəfər təşkil edir.

Görkəmli şəxsləri Samir Zülfüqarov (1976–1995) — Azərbaycan Milli Qəhrəmanı.

İstinadlar

Kateqoriya:Şabran rayonunun kəndləri