Fındıqlı — Azərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsində kənd.

Qala və Katex çayları sahilindədir. 1965-ci ildə təşkil olunmuş 1 nömrəli fındıqçılıq sovxozu fəhlələri üçün salındığına görə belə adlandırılmışdır.

Əhalisi Kənd əhalisini əsasən avarlar və saxurlar təşkil edir.SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmi veb saytı: İcra Hakimiyyəti: Bələdiyyələr: Fındıqlı bələdiyyəsi

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

İstinadlar

Kateqoriya:Zaqatala rayonunun kəndləri