Cimcimax — Azərbaycan Respublikasının Zaqatala rayonunun Mamrux kənd inzibati ərazi dairəsində kənd.
Alazan–Əyriçay çökəkliyindədir. Qax–Zaqatala zonasında cim–cimax/cimcimey sözü "bataqlıq" mənasında işlənir. Kəndin adı onun coğrafi mövqeyi ilə bağlıdır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 174.
Əhalisi Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq, arıçılıq və maldarlıqdır.
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri