Yalqışlaq — Azərbaycan Respublikasının Göygöl rayonunun Qızılca kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Qaflanqala silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Yaşayış məntəqəsi maldar ellərin qışlağı əsasında yaranmışdır. Oykonim yal (dağ beli) və qışlaq sözlərindən ibarət olub, “dağ belində qışlaq” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 325 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Göygöl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göygöl rayonunun kəndləri