Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun Qaracalar kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 1033 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 21. Hal–hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 53.
Coğrafiyası və iqlimi Araz çayının sahilində, Muğan düzündədir.
Qaracalar kəndinin iqlimi əsasən mülayim–isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir.
İqtisadiyyatı Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s. bitkilər becərilir. Torpağı münbit olduğuna görə ildə 2 dəfə məhsul almaq olur.
Həmçinin bax Saatlı rayonu
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri