Yeni Uluxanlı (əvvəlki adı: Aydıngün) — Azərbaycan Respublikasının Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsində kənd. 12 fevral 2008-ci il tarixli 548-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsi tərkibindəki Aydıngün kəndi Yeni Uluxanlı kəndi adlandırılmışdır.
Toponimikası Kür çayının sahilində, Şirvan düzündədir. Sovet hakimiyyəti illərində (1965) verilmiş adlardandır. Oykonim "Xoş gun; firavan həyat" mənasındadır.
Tarixi Kənddə ilkin yaşayış XIX əsrin ortalarına təsadüf etmişdir. Həmçinin Qərbi Azərbaycanda da eyniadlı yaşayış yeri mövcuddur. Ermənistan SSRİ-nin Masis rayonundan buraya köçürülmüşlər.
Əhalisi Əhalisi 2013-cü il üzrə 3.000 nəfərdir.
İqtisadiyyatı Burada çoxlu vətəgələr olub və indi də vətəgələr qorunur.
Din Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Şəkillər Yeni Uluxanlı kəndi 2012
Həmçinin bax
Kateqoriya:Salyan rayonunun kəndləri