Məzəm — Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 2 iyul 1990-cı il tarixində Məzəm kəndi yaxınlıqlarında yerləşən şaftalı bağında "QAZ-24" markalı taksi maşını Ermənistan SSR ərazisindən erməni silahlıları tərəfindən atəşə tutulmuşdur. Hadisə nəticəsində zərər görən olmamışdır.
Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, dörd sakin isə həlak olub.
2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.
Coğrafiyası və iqlimi Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir.Zaman qəzeti, 15 iyun 2013-cü il tarixli buraxılışı, "Bölgə" yarımbaşlığı, səh. 6.
Əhalisi 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənd əhalisi əsasən heyvandarlıq və arıçılıqla məşğul olur.
Görkəmli şəxsləri Mərifət Nəsibov (1972-1992) — Azərbaycanın Milli Qəhrəmanı.
Həmçinin bax Qazax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri